Arsen Venger ayrılıqdan danışdı: "Mənasız başlıqlara mövzu olmaq istəmirəm"


İdman 23 Apr 2018 12:17:00 262 0

Arsen Venger ayrılıqdan danışdı: "Mənasız başlıqlara mövzu olmaq istəmirəm"

Arsenal'ın baş məşqçisi Arsen Venger mövsüm sonunda tutduğu postdan ayrılacağı barədə xəbər vermişdik.

Goal.az xəbər verir ki, fransız mütəxəssis West Ham'lə görüşdən sonra keçirilən mətbuat konfransında ayrılıq səbəblərinə aydınlıq gətirib: “Kluba dünyada daha çox hörmət olunur, nəinki İngiltərədə. Fanatlar mənim istədiyim formada birlik imici yarada bilmədilər. Bu, incidicidir, çünki bizim dünyaya çatdırmalı olduğumuz mesaj belə olmamalıdır. Klubun imici mənim üçün həyati əhəmiyyət daşıyır. İdmanın sadəcə qələbə və məğlubiyyətdən ibarət olub-olmadığı üzərinə saatlarla danışa bilərik, ancaq azarkeşlər bunu dərk etməlidilər ki, mən burda olmasam belə, məğlubiyyətlər olacaq. Qələbə qazanmaqdan, uduzmaqdan daha önəmli şeylər də var. Məsələn, klubun dünyada necə qəbul olunması, Afrikada, Çində və Amerikada oynayan uşaqlar üçün önəmi, futbol oynamaq istəyən uşaqların xəyallarına vasitəçi olmaq və s. İncik deyiləm və mənasız başlıqlara mövzu olmaq istəmirəm. Sadəcə, şəxsiyyətimin klubun kimliyi ilə bağlantılı olduğunu düşünürəm və bu, mənim qalmağımdan daha önəmli məsələdir. Demək istədiklərim bundan ibarətdir. Azarkeşlər xoşbəxt deyillər və mən bunu başa düşürəm. Belə şeyləri olduğu kimi qəbul etməli və onlarla yaşamalıyam”.

Qeyd edək ki, 1996-cı ildən bəri Arsenal Arsen Vengerin rəhbərliyi altında 3 dəfə İngiltərə Premyer Liqasını, 7 dəfə Federasiya kubokunu, 7 dəfə isə İngiltərə Superkubokunu qazanıb.