Siyəzəndə kanalda batan şəxsin axtarışı aparılır


Digərləri 23 Apr 2018 12:00:00 166 0

Siyəzəndə kanalda batan şəxsin axtarışı aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 22 aprel 2018-ci il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.

Bakı. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 22 aprel 2018-ci il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.