Bu #olabilər! nə ola bilər?


Digərləri 23 Apr 2018 12:00:00 191 0

Bu #olabilər! nə ola bilər?

Son zamanlar Facebook-un ən diqqətçəkən və maraqlı cərəyanlarından biri reklam həştəqləridir. Müəyyən müddət ərzində mövcud olan belə həştəqlər qısa zaman ərzində öz əyləncəli məzmunu və hədiyyələri ilə insanların marağına səbəb olur. 

Hər bir həştəqin arxasında isə bir sirr dayanır deyə, insanlar bu sirri, yəni həştəqin nə ilə bağlı olmasını tez bir zamanda öyrənmək istəyirlər. Artıq bir həftəyə yaxındır ki, Facebook və Instagram-da yeni, çox maraqlı - #olabilər! həştəqi diqqət mərkəzindədir. Həştəqin aktiv Facebook səhifəsi və Instagram səhifəsi təsirli, intelellektual və əyləncəli paylaşımlarla sosial şəbəkə istifadəçilərinin xüsusi marağına səbəb olub. Buna görə də, bir çoxlarını indi bu sual maraqlandırır: Görəsən, bu #olabilər! nə ola bilər? 

Burada bir neçə versiya irəli sürmək olar. İlk əvvəl qeyd edək ki, bu məzmunda və bu səviyyədə iş hazırlamaq çox çətindir, bu layihənin güclü bir komanda işi olduğunu açıq-aydın göstərir. Kopiraytinqə və qrafk dizayna fərqli, daha keyfyyətli yanaşma hiss olunur. Həştəq orijinallığı ilə seçilir, həştəqin öz personajı, öz saytı var. Hətta www.olabiler.az saytında qeydiyyatdan keçib, zarafat xarakterli yarışmaya da qoşulmaq olar. Dostunun adını yazırsan, ondan, əslində, yaxşı kim ola bilər öyrənirsən. Maraqlı təklif də edirlər. Əgər saytda qeydiyyatdan keçsəniz, həştəqin nə ilə bağlı olduğu hamıdan bir gün əvvəl sizə bildiriləcək. Belə irihəcmli hazırlıq, işin sistemli qurulması, komanda gücü layihənin və həştəqin hansısa böyük kompaniyaya aid olması versiyasını yaradır. Güman ki, bu həştəq hansısa böyük layihənin başlamasına diqqət çəkmək üçün işlənib.