Kişi idman gimnastımız beynəlxalq turnirdən 2 qızıl medal qazandı


Digərləri 23 Apr 2018 11:40:13 258 0

Kişi idman gimnastımız beynəlxalq turnirdən 2 qızıl medal qazandı

Bu həftəsonu Almaniyanın paytaxtı Berlində gənclər arasında beynəlxalq turnir baş tutub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil etmək üçün həmin şəhərə yollanan kişi idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb.

Belə ki, millimizin üzvü, gənc gimnastımız Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib.