İndoneziyanın gənclər və idman naziri ADU-da olub


Digərləri 23 Apr 2018 11:17:18 251 0

İndoneziyanın gənclər və idman naziri ADU-da olub

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb.

Bakı. Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb. Trend-in məlumatına görə, görüş ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi haqqında məlumat verib. S.Hüseynov ADU-da fəaliyyət göstərən fakültələr, tədris olunan dil və mədəniyyətlər haqqında danışıb. ADU-da altı mindən çox tələbənin təhsil aldığını deyən prorektor beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisasında ümumilikdə təhsilin bakalavr pilləsi üzrə 77 nəfər və magistratura pilləsi üzrə isə 7 nəfərin təhsil aldığını qeyd edib. ADU-da mövcud olan İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan prorektor bu yaxınlarda İndoneziya universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradıldığını, orada “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb. S.Hüseynov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənaninin ADU-nun yaxın dostu olduğunu və daim dəstəyini əsirgəmədiyini qeyd edib.