Yerevanda aksiyalar davam edir


Dünya 23 Apr 2018 11:02:06 260 0

Yerevanda aksiyalar davam edir

Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz edənlər bu gün səhər saatlarından Yerevanın küçələri ilə yürüşləri bərpa ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, yürüşlər bir sıra etirazçı qruplar tərəfindən keçirilir. Aksiyalardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Hazırda nümayişçilər lidersiz qalıblar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.