ADU-da “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib


Digərləri 23 Apr 2018 10:59:52 255 0

ADU-da “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti”                     mövzusunda tədbir keçirilib

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Bakı. Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektorun məsləhətçisi Anar Osmanlı, Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu kimi maarrifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü haqqında məlumat verib. O, autizmin əsrin ən qlobal problemlərindən biri hesab edilən, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi və son dövlərdə uşaqlarda çox rast gəlinən xəstəliklərdən biri olduğunu diqqətə çatdırıb.