Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq


Digərləri 23 Apr 2018 10:35:00 242 0

Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq

Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər planına əsasən, klinik protokollar 2019-cu ildə hazırlanaraq tətbiq ediləcək.

Bununla yanaşı, 2018-2022-ci illərdə dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələri zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin ediləcək.