Sumqayıtda batdığı güman edilən 2 nəfərin axtarışına helikopter cəlb olundu


Digərləri 23 Apr 2018 10:39:53 200 0

Sumqayıtda batdığı güman edilən 2 nəfərin axtarışına helikopter cəlb olundu

Bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Bakı. 18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir. FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.