Paytaxtda tıxac var


Digərləri 23 Apr 2018 09:42:21 253 0

Paytaxtda tıxac var

Səhər saatlarından başlayaraq paytaxtın küçələrində tıxac müşahidə olunur.

Səbəb Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilməsi ilə bağlıdır.

Daha öncə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda tədbir tam başa çatana qədər davam edəcək.

Qeyd edək ki, yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca - Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.