Hindistanlılar toy etmək üçün Azərbaycanı seçir - ARAŞDIRMA


Digərləri 23 Apr 2018 09:34:49 37 0

Hindistanlılar toy etmək üçün Azərbaycanı seçir - ARAŞDIRMA

“Report” Azərbaycana turist axının güclənməsinin səbəblərini və nəticələrini araşdırıb

Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Bunu rəsmi statistika də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I rübündə ölkəyə üz tutanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% çox olub. “Report” Azərbaycana turist axının güclənməsinin səbəblərini və nəticələrini araşdırıb.

Ərəblərin əlindən otellərdə boş yer qalmayıb

Azərbaycanda dincələn xarici turistlər Bakı ilə yanaşı ölkənin regionlarına da böyük maraq göstərirlər. “Report”a açıqlama verən “Premium Travel” şirkətinin rəhbəri Aydın Əhmədov deyir ki, əcnəbilər, xüsusilə də ərəb ölkələrinin vətəndaşları bronlaşdırma məsələsində kifayət qədər ehtiyatlıdır və otellərdə əvvəlcədən yer tuturlar. Son nəticədə indi nəinki bölgələrdəki, hətta paytaxtdakı otellərdə belə boş yer tapmaq müşkülə çevrilib: “Əcnəbilər daha çox şimal-qərb (Qəbələ) və şimal regionuna maraq göstərirlər. Bölgələrdəki otel nömrələrinin əksəriyyətini xarici vətəndaşlar, xüsusilə də ərəblər alıb. Bakıda da eyni vəziyyətdir. Ötən ay bir neçə dəfə xaricdən gələn qonaqlar üçün paytaxtdakı lüks otellərdə boş yer tapa bilməmişik. Qarşıdan gələn "Formula-1" yarışı günlərdində də yer tapmaq çox çətin olacaq”, - deyə o, bildirir.

Toy üçün Bakını seçən hindistanlılar

Azərbaycana marağı artan təkcə ərəblər deyil. Son vaxtlar “İçərişəhər”də qrup şəklində gəzən hindistanlı turistlərə tez-tez rast gəlmək mümkündür. A.Əhmədov bunun səbəbini belə izah edir: “Hindistan vətəndaşları son vaxtlar Bakıda toy etməyə üstünlük verir. Artıq bir neçə dəfə onların sifarişi ilə toy etmişik. Bu, bizim üçün yeni bir sahədir. Ancaq onların müəyyən tələbləri var. Məsələn, aşbaz azərbaycanlı ola bilməz, özləri ilə aşbaz gətirirlər. Adətən Hindistandan Azərbaycana 80-100 nəfərlik qrup şəklində gəlirlər. Oteldə qalmağın haqqını isə toyu edən ödəyir. Bunlar kifayət qədər imkanlı insanlardır və Hindistanda varlıların xaricdə toy etməsi adətə çevrilib”.

Həssas çinlilər

Azərbaycanda dincəlməyə üstünlük verənlər həm də Yaponiya və Çin vətəndaşlarıdır. Bununla belə, A.Əhmədovun sözlərinə görə, Uzaq Şərqdən gələnlər digər ölkələrin nümayəndələrindən fərqli olaraq burada qidalanma ilə bağlı müəyyən problemlər yaşayırlar: “Xüsusilə çinlilər qidalanma baxınından çox həssasdırlar. Onlar hər şeyi yeyə bilmirlər. Bu problem isə Bakıda yox, adətən rayonlarda olur. Qalan digər məsələlər qaydasındadır”.

Otellərdən şikayət azalıb, indi onlar özləri şikayət edir

Əvvəllər Azərbaycandakı otellərin xidmətindən həmişə şikayət olardı. Həm yerli, həm də xarici turistlər istirahət obyektlərinin malik olduqları ulduzların sayına uyğun fəaliyyət göstərmədiklərini, xidmətin səviyyəsinin aşağı olduğunu deyərdirlər. Son vaxtlar isə Mədəniyyət və Turizm Nazirliyi otellərə nəzarəti gücləndirdiyindən onlardan şikayətlər azalıb. İndi otellər özləri turistlərdən, xüsusilə də ərəblərdən şikayət edir. A.Əhmədov deyir ki, söhbət əsasən otel nömrələrinin təmiz saxlanılmamasından gedir: “Məsələn, İraqdan gələnlər barədə Bakıdakı otellərdən bildirirlər ki, onlar nömrənin qapısını, divarlarını yararsız vəziyyətə salırlar. Birləşmiş Ərəb Əmirliklərindən və Qətərdən olan turistlər isə bəzi hallarda Qəbədəki otellərdə özlərini normal aparmırlar. Onlar palçıqlı ayaqqabı ilə nömrəyə daxil olurlar, divanı və s. əşyaları çirkləndirirlər. İndi bu kimi hallara görə bələdçilər məsuliyyət daşıyır. Artıq onların sertifikatı olduğu üçün dediyim problemlər həllini tapmaqdadır”.

Daha bir problem isə ərəblərin “pulunun çox olması” ilə bağlıdır. “Ərəblər çox bədxərcdirlər və onlar buradan ölkələrinə aparmaq üçün balıq kürüsündən tutmuş bala kimi hər şey tələb edirlər. Bəzən oteldən turizm şirkətinə zəng etdirirlər ki, onlara kürü çatdıraq. Elə bilirlər ki, bunu da turizm şirkəti etməlidir”.

NIKOIL | Bank-dan NÖVBƏTİ YENİLİK like
  • 23 Apr 09:33  
Digərləri NIKOIL | Bank-dan NÖVBƏTİ YENİLİK

NIKOIL | Bank Hökumət Ödəniş Portalına inteqrasiya olunmaqla növbəti yen

arrow Ətraflı
Yaşar Nurinin üzünü görmədiyi nəvəsinə ad günü keçirdilər  FOTO like
  • 23 Apr 09:32  
Kriminal Yaşar Nurinin üzünü görmədiyi nəvəsinə ad günü keçirdilər FOTO

Son.az xəbər verir ki, mərhum xalq artisti, sevilən aktyor Yaşar Nurinin ai

arrow Ətraflı
Paytaxtda tıxac var - SƏBƏBİ bu küçə və prospektlər bağlandı (SİYAHI) like
  • 23 Apr 09:29  
Digərləri Paytaxtda tıxac var - SƏBƏBİ bu küçə və prospektlər bağlandı (SİYAHI)

Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şərai

arrow Ətraflı
Model arxasını çəkib paylaşdı, like
  • 23 Apr 09:28  
Digərləri Model arxasını çəkib paylaşdı,

Məşhur supermodel Kendall Cenner sosial şəbəkə paylaşımları ilə diqqə

arrow Ətraflı
Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 23 Apr 09:25  
Digərləri Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 23 aprel tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
DİM: 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək like
  • 23 Apr 09:24  
Digərləri DİM: 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək

2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu

arrow Ətraflı
Xalq artistinin başına iş gəldi like
  • 23 Apr 09:23  
Kriminal Xalq artistinin başına iş gəldi

Son.az-a daxil olan məlumata görə məşhur opera müğənnisi, xalq artisti X

arrow Ətraflı
""Soyuq müharibə”nin qayıtdı" like
  • 23 Apr 09:18  
Dünya ""Soyuq müharibə”nin qayıtdı"

BMT baş katibi Antoniu Quterreş "soyuq müharibə"nin qayıtdığı

arrow Ətraflı
Bu gün Strasburqda AŞPA yaz sessiya başlayır like
  • 23 Apr 09:15  
Siyasət Bu gün Strasburqda AŞPA yaz sessiya başlayır

Sessiyada Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə edil

arrow Ətraflı
Nüşabəni təkləmək, Damlanın Qulpqoyana konserti, qucaqdakı Aysel like
  • 23 Apr 09:15  
Şou-biznes Nüşabəni təkləmək, Damlanın Qulpqoyana konserti, qucaqdakı Aysel

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbe

arrow Ətraflı
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib like
  • 23 Apr 09:12  
Digərləri Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Bu gündən etibarən Bakıda keçirilən "Formula-1 Azərbaycan Qran Pri&q

arrow Ətraflı
Ermənistanda etiraz aksiyalarında 7 nəfər xəsarət alıb like
  • 23 Apr 09:11  
Digərləri Ermənistanda etiraz aksiyalarında 7 nəfər xəsarət alıb

Ermənistan Səhiyyə Nazirliyi polislə toqquşmalarda 7 nəfərin xəsarət al

arrow Ətraflı
Brent markalı neft bahalaşdı like
  • 23 Apr 09:08  
Digərləri Brent markalı neft bahalaşdı

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

arrow Ətraflı
Şəmkirdə yanğın olub like
  • 23 Apr 09:02  
Digərləri Şəmkirdə yanğın olub

Şəmkirdə yanğın hadisəsi baş verib.

arrow Ətraflı