NIKOIL | Bank-dan NÖVBƏTİ YENİLİK


Digərləri 23 Apr 2018 09:33:00 238 0

NIKOIL | Bank-dan NÖVBƏTİ YENİLİK

NIKOIL | Bank Hökumət Ödəniş Portalına inteqrasiya olunmaqla növbəti yeniliyə imza atıb.

Bakı. İnkişaf strategiyasına əsasən NIKOIL | Bank ödəniş xidmətlərinin istifadəsində yeni imkanlar təqdim edərək müştərilərini sevindirməyə davam edir. NIKOIL | Bank Hökumət Ödəniş Portalına inteqrasiya olunmaqla növbəti yeniliyə imza atıb. Bankdan Trend-ə verilən məlumata görə, sadə və rahat kütləvi ödəniş sisteminə kommunal ödənişlər, dövlət rüsumu, dövlət yol polisi cərimələri, təhsil ödənişləri, ipoteka ödənişləri, bütün növ sığorta ödənişləri üzrə servislər və digər xidmətlər daxildir.