Qaraciyər əslində belə bişirilməlidir DÜZGÜN QAYDASI


Digərləri 23 Apr 2018 07:41:00 250 0

Qaraciyər əslində belə bişirilməlidir  DÜZGÜN QAYDASI

Qaraciyər yeməyi sevənlər çox olsa da, bəzi şəxslər onu xoşlamır. Amma mütəxəssislər qaraciyər yeməyin orqanizmə faydalı olduğunu bildirirlər.

Son.az ailem.az-a istinadən qaraciyərin daha əvvəl bilmədiyiniz faydaları barədə məlumat verir.

Türkiyəli həkim, onkoloq Yavuz Dizdar bununla bağlı bildirir ki, ət yeyilən zaman protein alınır, amma qaraciyəri yedikdə orqanizm protein, vitamin daxil bir çox faydalı maddələrlə qidalanır: "Qaraciyər insan orqanizmi üçün əhəmiyyətli yer tutur. Çünki vitamin, mineral və proteinlər qaraciyərdə yığılır. Onu yedikdə bütün bu faydalı maddələrin hamısını birlikdə və balanslı şəkildə qəbul etmiş olursunuz. Tərkibində həmçinin şəkər və amin turşuları da var. Ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələrlə zəngindir. Çünki qaraciyər bədənin metabolizma mərkəzidir və içinə vitaminləri yığma xüsusiyyəti var. Bu baxımdan ətdən üstündür".