Yaponiya XİN: "G7 KXDR-in nüvə statusu ilə barışmayacaq"


Dünya 23 Apr 2018 07:31:48 311 0

Yaponiya XİN: "G7 KXDR-in nüvə statusu ilə barışmayacaq"

"Biz nüvə silahından imtina barədə heç bir söz olmadığını düşünürük"

"Böyük yeddilik" ölkələri heç vaxt Şimali Koreyanın nüvə silahı ilə barışmayacaq və Pxenyanın nüvə silahından imtina etməsi üçün ona maksimum dərəcədə təzyiqləri davam etdirəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə G7-nin Torontoda keçirilən sammitində iştirak edən Yaponiyanın xarici işlər naziri Taro Kono deyib.

"Biz nüvə silahı ilə silahlanmış Şimali Koreyanı heç vaxt qəbul etməyəcəyimiz barədə tam razılığa gəldik", - deyə "Kido" agentliyi Kononun sözlərini sitat gətirib.

"Biz nüvə silahından imtina barədə heç bir söz olmadığını düşünürük", — deyə Kono əlavə edib.

Bununla yanaşı, onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə Pxenyanın qərarı irəliyə doğru addımdır.

"Biz bunu müsbət addım kimi alqışlayırıq", — deyə o bildirib.