Ayda 24 kq arıqlamaq istəyirsizə


Digərləri 23 Apr 2018 07:35:00 260 0

Ayda 24 kq arıqlamaq istəyirsizə

Dünya ulduzlarının hər zaman formada qalmasını görüb "necə edim ki, mən də gözəl bədən quruluşuna malik olum?" deyə düşünürsüzsə, bu yazı məhz sizin üçündür. Bu dəfə sizi maraqlı sadə bir düstur ilə tanış edəcəyik. Gün ərzində istədiyiniz qədər kalorili yeməklər yeyib arıqlamaq istəyirsizsə, 1919-cu ildə amerikalı alim Frensis Benedikt və Ceyms Harrisin insan metobolizması haqqında yazılan elmi kitabı ilə tanış olmalısız. Bir çox dünya ulduzları məhz burada qeyd olunan normalara riayət etməklə cazibədar bədən quruluşuna sahib olurlar. Müəllif kitabda orqanizm üçün normal fəaliyyəti təmin edən zəruri olan enerji miqdarı, dinclik, çəki, yaş, boy və cinsiyyətin nəzərə alındığı düstur tərtib edib.

Son.az sağlam arıqlamaq istəyən oxucular üçün dünya ulduzlarının da istifadə etdiyi primitiv arıqlama düsturu olan "Mifflina" düsturunu təqdim edir:

1990-cı ildə F.Benediktin tərtib etdiyi düstur alimlər tərəfindən daha da təkmilləşdirildi. Hesablama prinsipi isə olduğu kimi qaldı. Hal-hazırda dünyanın ən məşhur dietoloqları, hətta Amerikanın Dietoloqlar Assosiasiyası bu düsturu ən ideal göstərici olaraq tanıyır.

Düstur:

Qadınlar üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il olaraq)) − 161.

Kişilər üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il olaraq)) + 5.


Xəbərə aid fotolar