Bu məhsul xərçəng yarada bilər


Digərləri 23 Apr 2018 05:30:00 218 0

Bu məhsul xərçəng yarada bilər

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində onun idarəsiz və ya anormal şəkildə böyüyür və çoxalır. Bu proses bir yerdə başlaya və digər ətraf toxumalara doğru yayıla da bilər. Əgər xəstə adekvat müalicə almazsa, bu, adətən xəstənin ölümü ilə nəticələnir.

200-dən çox müxtəlif növ xərçəng məlumdur. Ən çox yayılmış növləri dəri, ağciyər, süd vəzi və yoğun bağırsaq xərçəngidir.

Qidalanma rejimi xərçəngin qarşısını almaq üçün böyük əhəmiyyətə malikdir. Elmi araşdırmalar nəticəsində məlum olub ki, sağlamlıq üçün çox təhlükəli olan məhsullar da bu xəstəliyə gətirib çıxara bilər.

Son.az xəbər verir ki, Birləşmiş Ştatlarda insanlar gündə yeddi milyarddan çox hot-doq alır. Amerikada aparılan son tədqiqatlarda məlum olub ki, hot-doq sağlamlıq üçün təhlükəlidir.

Hot-doq ilk dəfə 19-ci əsrdə alman immiqrantların sayəsində məşhurluq qazanıb. Onlar bu gün ən populyar fəstfud növlərindən biridir. Lakin, alimlər sübut edib ki, hot-doq sağlamlıq üçün real təhlükədir, çünki tərkibində təbii heç nə yoxdur.

Daha konkret desək, hot-doq toyuq, mal və donuz ətinin qarışığı və onların qalıqları: ayaqları, başı və ya yağlı dərilərindən hazırlanır. Onları kimyəvi maddələr, nitrat və çoxlu duzla qarışdırırlar.