Qadınların sevgidə etməməli olduğu 6 SƏHV


Digərləri 23 Apr 2018 03:30:00 222 0

Qadınların sevgidə etməməli olduğu 6 SƏHV

Aşiq olmuş qadınlar sevdikləri üçün hər şey edirlər. Hətta sevgiləri üçün öz xoşbəxtliklərini də qurban verirlər, amma bu fədakarlıqlar həmişə doğru olmur.

Son.az qadınların sevdikləri adam üçün heç vaxt etməməli olduğu 10 səhvin siyahısını təqdim edir:

1. Onların həyatına qarışıb özünüz haqqında unutmaq

Bəzən qadınların hisləri o qədər dərin olur ki, tamamilə sevgiyə qərq olurlar. Onların sevdikləri iş və məşğuliyyətləri, doğmaları sevginin kölgəsində qalır. Qadınlar düzgün etdiklərini düşünsələr də, bu, ən böyük səhvlərdən biridir. Çünki belə olduqda, kişi qadına olan marağını itirir.

2. Həyatının idarəsini kişiyə vermək

Qadınların bir qismi münasibətə başladıqdan sonra sevdiyi adamın təsirinə düşür və kişi qadının həyatını idarə etməyə başlayır. Bura sadəcə saç düzümü, geyim, makiyaj yox, həm də iş, dostluq, boş zamanında nəylə məşğul olmalı kimi vacib məsələlər də daxildir.

3. Kişini məsuliyyətdən uzaqlaşdırmaq

Qadınlar inanırlar ki, əgər onlar qarşı tərəfə problemlərin həllində kömək etsələr, məsələn, ona daha yüksək maaşlı iş tapsalar, bu, onların münasibətini daha da bərkidəcək. Qadın kişinin anası, yoxsa həyat yoldaşı olmaq istədiyini qərarlaşdırmalıdır. Ana kimi davranıb hər işində kömək etməyə çalışmağı onun qərarsız və köməksiz birinə çevrilməsinə səbəb ola bilər.