Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda fələstinli ölüb


Dünya 23 Apr 2018 03:04:35 277 0

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda fələstinli ölüb

Daha bir fələstinli anklavın mərkəzi hissəsində təsadüfi partlayış nəticəsində ölüb

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda yaralanmış fələstinli dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra deyib.

"Bu gün axşam Rafah şəhər xəstəxanasında ötən cümə İsrail ordusu ilə toqquşmalarda yaralanmış 23 yaşlı fələstinli dünyasını dəyişib", - deyə əl-Kedra bildirib.

Bundan əlavə, onun sözlərinə görə, daha bir fələstinli anklavın mərkəzi hissəsində təsadüfi partlayış nəticəsində ölüb.