Sabunçuda liftdə köməksiz qalan 1 nəfər xilas edilib


Digərləri 23 Apr 2018 01:30:17 203 0

Sabunçuda liftdə köməksiz qalan 1 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 1 nəfər xilas edilib

Bakı. Paytaxtda liftdə köməksiz qalan 1 nəfər xilas edilib. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.