Bakıda kütləvi dava zamanı gənc oğlan əmisini bıçaqlayıb


Sosial 23 Apr 2018 00:11:01 270 0

Bakıda kütləvi dava zamanı gənc oğlan əmisini bıçaqlayıb

Hadisə Ləhiş bağları kimi tanınan ərazidə baş verib

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Nardaran qəsəbəsi, Ləhiş bağları kimi tanınan ərazidə yerləşən 1960-ci il təvəllüdlü Ağayev Nəcəfəli Səfərəli oğluna məxsus mənzildə ev sahibi ilə qardaşları arasında dava düşüb.

Dava zamanı N.Ağayev qardaşı oğlu 35 yaşlı Ağayev Səfərəli Ataməli oğlu tərəfindən bıçaqlanıb. Eyni zamanda hadisəni törədən şəxs qohumları tərəfindən döyülüb. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.