Epidural, yoxsa spinal... Qeysəriyyədə hansı narkoz uşağa zərərsizdir?


Digərləri 22 Apr 2018 23:12:00 282 0

Epidural, yoxsa spinal...  Qeysəriyyədə hansı narkoz uşağa zərərsizdir?

Hamilə qadınları 9 ay sonuna kimi düşündürən əsas suallardan biri hansı doğuş növünü seçəcəyidir. Mütəxəssislər təbii ki, heç bir göstəriş olmasa təbii doğuşu məsləhət bilirlər. 

Ancaq bəzi məqamlarda isə qeysəriyyəyə göstəriş verilir. Qeysəriyyə əməliyyatı ümumi narkoz ilə xəstə yatızdırılaraq və ya beldən aşağı uyuşdurularaq iki formada edilir.

Beldən aşağısını uyuşdurmağın özü də iki növə bölünür: Spinal və epidural narkoz. 

Bəs hansı daha faydalıdır?

Son.az medicina.az-a istinadən bildirir ki, spinal ve epidural narkozda xəstənin şüuru açıq olur, sadəcə beldən aşağısı və ayaqlar uyuşur. Qeysəriyyədə həm spinal, həm də epidural, hətta bəzən ikisi birdən tətbiq olunur. Normal doğumda isə sadəcə epidural narkoz tətbiq edilir (ağrısız doğum üçün). Spinal narkoz normal doğumda tətbiq edilmir. Bu üsulların hər biri narkoz mütəxəssisləri tərəfindən tətbiq edilir. 

Xəstə oturaq halda və ya yan yatmış formada uzanaraq incə iynə ilə beldən vurulur və 1-2 dəqiqə kimi qısa müddətdə narkoz tətbiq edilir.

Bu üsulun ümumi narkozdan fərqi budur ki, körpəyə heç bir dərman təsir etmir və əməliyyat uzun çəksə də, uşağa zərəri dəymir.