Kişilər bu qəribə davranışları çox bəyənir


Digərləri 22 Apr 2018 22:35:00 304 0

Kişilər bu qəribə davranışları çox bəyənir

Qadınların bəzi qəribə davranışları kişilər tərəfindən olduqca cazibədar qəbul edilir. Son.az ailem.az-a istinadən kişilərin qadınlarda xoşladığı qəribə davranışları diqqətinizə çatdırır.

Yüksək səslə gülürsünüz

Çox yüksək səslə güldüyünüz üçün utana bilərsiniz. Ancaq həqiqət budur ki, yüksək səsə rəğmən, gerçək bir qəhqəhə xeyli cazibədar ola bilər. Şəxsin duyğusal halları yoluxucudur. Bir kişi həqiqətən əylənən və mükəmməl yumor hissi olan bir qadının yanında ikən istər-istəməz özünü yaxşı hiss etməyə başlayar. Kişilər müsbət bir şəkildə dəstəklənməyi sevirlər. Komik olduğunu düşünürsünüzsə, qəhqəhə atın!

Düşünən zaman dodağınızı dişləyirsiniz

Bir layihə üzərində düşünür, metroda yolunuzu tapmağa çalışır, ya da ilk görüşmə gərginliyi yaşayırsınızsa və o anda özünüz bilmədən dodağınızı dişləyirsiniz. Bax, bu vərdişinizi xoşlandığınız şəxsin görməsindən utanmayın, çünki bu, onun çox xoşuna gələcək.

Şirin şeyləri həddindən çox sevirsiniz

Keks, şokolad, dondurma... Əgər içində şəkər varsa, hər an hər yerdə yeyə bilərsiniz. Şirniyyatlara qarşı müqavimət göstərə bilməməyiniz kişilərə cazibədar və sevimli görünür.

Ciddi bir hobbiniz, ya da kolleksiyanız var