Hamilələrin nəzərinə: mədəniz yanırsa, bunları edin


Digərləri 22 Apr 2018 22:26:00 263 0

Hamilələrin nəzərinə: mədəniz yanırsa, bunları edin

Hamiləlikdə yaşanan mədə yanması (reflüks) şikayətlərinin əsas səbəbi bu müddətdə qadın orqanizmində baş verən hormonal dəyişikliklərdir. Hamiləlikdə artan və əsas funksiyası uşaqlıqda olan düz əzələləri boşaltmaq olan progesteron hormonu, eyni zamanda mədə ilə yemək borusu arasındakı qapaqcığın da boşalmasına səbəb olur. Bunun nəticəsində mədə turşusu yuxarı, qida borusuna qayıdaraq yanmaya səbəb olur. Son.az ailem.az-a istinadən hamiləlikdə mədə yanması haqqında bilmədiyiniz faktları təqdim edir.

Hamiləliyin ilk dövrlərində progesteron hormonu yüksəlməyə başladığı üçün reflüks şikayətlərinə ilk aylarda da rast gəlmək mümkündür. Ancaq körpənin uşaqlıqla birlikdə böyüyərək daxili orqanlara təzyiq etməyə başladığı son aylarda (20-ci həftədən sonra) mədə də sıxışdığında görə reflüks problemi ilə daha tez-tez qarşılaşmaq olar.

Hamiləlikdə tez-tez mədə yanmasından şikayət edirsinizsə, əvvəlcə qidalanmanızı nəzərdən keçirilməlisiniz. Gündə 2-3 pay yeməkdənsə tez-tez aralarla və kiçik paylarla yemək həm mədə yanması riskinin qarşısını alır, həm də hamiləliklə bağlı digər şikayətləri azaldır. Eyni zamanda yemək yeyərkən də yavaş və yaxşı çeynəyərək yeməyə çalışın.

Hamiləlikdə mədə yanmasına səbəb olan qidalar:

- Qəhvə

- Şokolad

- Turş içkilər

- Limon, sirkə, xardal kimi turşulu qidalar və çox turşulu meyvələr