Abşeronda evin zirzəmisindən kişi meyiti tapılıb


Sosial 22 Apr 2018 22:16:29 275 0

Abşeronda evin zirzəmisindən kişi meyiti tapılıb

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir

Abşeron rayonunun Saray qəsəbəsindəki mənzillərdən birində kişi meyiti aşkar edilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, təqribən 40 yaşında olan kişinin meyiti evin zirzəmisində tapılıb.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Meyit müayinə olunması üçün morqa göndərilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.