Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər


Dünya 22 Apr 2018 22:04:00 312 0

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər

Ermənistanda sabiq prezident Serj Sərkisyanın baş nazir təyin olunmasına etiraz  edən müxalifətçilər, liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və mitinqləri davam etdirmək niyyətindədirlər.  

Son.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Yerevanda keçirilən mitinqdə "Vətəndaş sazişi" partiyasının nümayəndəsi Ruben Rubenyan bildirib.

"Əvvəlki günlərdə olduğu kimi, aksiyalarımıza  08.15-də start veriləcək. Onlar istisna olaraq dinc xarakterli olacaq", - deyə Ruben Rubenyan qeyd edib. Onun sözlərinə görə, müxalifətin atacağı addımlar ənənəvi olaraq axşam mitinqində müəyyənləşdiriləcək.   

Parlament deputatı Lena Nazaryan etiraz aksiyalarının saxlanılan rəhbəri Nikol Paşinyanın adından mitinq iştirakçılarına müraciət edərək polislə qarşıdurmalara yol verməməyə və gecə saatlarında küçələrdə qalmamağa çağırıb.