Bakıda 41 min manata 3 otaqlı, tam təmirli mənzil


Digərləri 22 Apr 2018 21:50:00 339 0

Bakıda 41 min manata 3 otaqlı, tam təmirli mənzil

Son.az bildirir ki, Xətai rayonunda 3 otaqlı, tam təmirli mənzil 41 min manata satılır. Üstəlik, mənzil içərisindəki əşayalarla birlikdə müştəriyə təklif edilir. Nə qədər inandırıcı görünməsə də, elan saytlarında bu tipli əmlaklara tez-tez rast gəlmək olur.

Ekspertlərin fikrincə, bu tip elanlar fırıldaq məqsədi ilə yayılır. Çünki bazar qiyməti ilə müqayisə edildikdə qiymətlərin heç də real olmadığı açıq-aydın görünür.

Rieltorlar deyir ki, belə elanların qiymətinə aldanıb mənzil alanlar, sonradan evin bir neçə şəxsə satılması halları ilə rastlaşa bilər. Bəzi satıcılar sırf bu məqsədlə qiyməti belə cəlbedici qoyurlar. Belə halla qarşılaşmamaq üçün çıxarışla təmin edilməyən mənzil alarkən tikinti kooperativindən bəzi sənədləri mütləq tələb etmək lazımdır.

Ekspertlərin sözlərinə görə, əvvəllər mənzillərin bir neçə nəfərə satılması halları tez-tez müşahidə edilirdisə, son zamanlar sayı azalıb.