Yumurta ucuzlaşıb VİDEO


Digərləri 22 Apr 2018 21:25:00 229 0

Yumurta ucuzlaşıb  VİDEO

Yumurtanın qiyməti təxminən 25-30 % ucuzlaşıb.

Son.az bildirir ki, son bir neçə gündür yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Satıcıların sözlərinə görə, ucuzlaşma prosesi təxminən bir neçə həftə bundan əvvəl başlayıb. Hazırda yumurtanın bir ədədi əksər mağazalarda 9-10 qəpiyə satılır.

Kənd yumurtalarının da qiyməti bir xeyli aşağı düşüb. Təxminən 1 ay əvvəl 25-27 qəpiyə satılan kənd yumurtasının 1 ədədi indi bəzi mağazalarda 14 qəpiyə, bəzilərində isə 18 qəpiyə qədər düşüb.

Qiymətlərin bu qədər enməsi ən çox alıcıların üzünü güldürüb.