Nişan üçün aldığı qolbaq fotosessiya zamanı itdi Qolbağı tapan şəxsi mükafat gözləyir VİDEO


Digərləri 22 Apr 2018 21:15:00 425 0

Nişan üçün aldığı qolbaq fotosessiya zamanı itdi  Qolbağı tapan şəxsi mükafat gözləyir  VİDEO

Son.az bildirir ki, nişanı olan qız və oğlan özəl günlərini əbədiləşdirmək üçün elə nişanları olan gün şəhərin müxtəlif yerlərində şəkillər çəkdiriblər. Daha sonra evə dönən gənc qız oğlanın ona aldığı və ilk qızıl hədiyyəsi olan qolbağının qolunda olmadığını görüb.

Bundan sonra çütlük çəkildikləri fotoları incələyiblər. Fotolara baxdıqda məlum olub ki, qolbaq çəkiliş zamanı Nərimanov rayonunda qızın qolundan açılaraq yerə düşüb. Bu an da fotoda öz əksini tapıb.

Kənan Mehdiyev həmin qolbağın onlar üçün böyük mənəvi dəyər daşıdığını deyir. O, qolbağı tapan şəxsdən onu qaytarmasını xahiş edir.