Unutqanlıq xəstəliyi


Digərləri 22 Apr 2018 20:04:00 309 0

Unutqanlıq xəstəliyi

"... Hər şeyi unuduram. Getdiyim və gedəcəyim yerləri, edəcəyim işi, evdən çıxarkən götürəcəyim əşyaları tez-tez yadımdan çıxarıram".

Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir. Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər. Unutqanlıq 7-dən 77-yə hər kəsin qarşılaşdığı bir problemdir. Bəzən o qədər də qorxulu hesab etmədiyimiz bu unutqanlıq ən ağır xəstəliyə belə keçə bilər.

Son.az axşam.az-a istinadən bildirir ki, el arasında "unutqanlıq" deyilən bu xəstəlik tibb elmində "amneziya" və ya "yaddaşın keyfiyyət pozuntusu" adlanır.

Amneziyanın növləri...

Amneziyanın bir neçə növü var - retroqrat, anteroqrat, epilepsiya, fiksapozon və digər amneziyalar. Retroqrat amneziya düşüncənin pozulması deməkdir. Belə xəstələr həyatlarında baş verən hadisələri tamamilə unudur. Anteroqrat amneziya travma zamanı əmələ gəlir. Belə xəstələr travma aldıqdan sonra keçmişlərini və gündəlik yaşadıqlarını unudurlar. Yaddaşın keyfiyyət pozuntusu sırasına daxil olan epilepsiyaya əsasən yaşlı adamlarda rast gəlinir. Bəzən epilepsiya gənclərdə də müşahidə olunur. Bu zaman həmin insan həyatda baş verməyən hadisələr uydurur. Belə adamlar baş verən bütün pis hadisələri unudurlar, özlərini dünyanın ən xoşbəxt insanı hesab edirlər. Ancaq bu hal get-gedə irəliləyərək, amneziyanın daha ağır formasına keçə bilər. Psixoterapevt Gülnarə Rəsulovanın sözlərinə görə, bu zaman həmin insana şizofreniya diaqnozu qoyulur: "Poramneziya da şizofreniyanın növlərindəndir. Belə xəstələr istər-istəməz, özlərindən asılı olmayaraq, yalanlar danışırlar. Bəzi hallarda insanlar nəyisə yadda saxlamaqda çətinlik çəkirlər. Yəni onların yaddaşı zəif olur. Buna "fiksapozin amneziyası" deyilir. Bu amneziyanın yüngül formasıdır. Çünki amneziyanın bu növünü demək olar ki, hamıda müşahidə etmək mümkündür. Buna əsasən "müvəqqəti yaddaş pozğunluğu" da deyilir. Belə yaddaş pozğunluğunun tədricən bərpa olunma ehtimalı var. Ümumiyyətlə, amneziya beyin damarlarının zədələnməsi, beyində olan hüceyrələrin azalması deməkdir". Unutqanlığın növlərindən olan praqresiv amneziya da bu xəstəliyin ən ağır növlərindəndir. Gülnarə Rəsulovanın sözlərinə görə, proqressiv amneziya daha da irəlilədikdə insan şüurunu tamamilə məhv edir.

Amneziya insanı ruhi xəstə edir