Türkiyədə keçiriləcək növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq


Dünya 22 Apr 2018 20:19:00 243 0

Türkiyədə keçiriləcək növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Ali Seçki Təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.