Kabildə partlayış qurbanlarının sayı 52 oldu


Dünya 22 Apr 2018 18:48:00 266 0

Kabildə partlayış qurbanlarının sayı 52 oldu

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yaralananların 112-yə çatıb. Daha öncə 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi. Ölənlər arasında uşaq da var.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.