Fenerbahçe-nin baş məşqçisi Şenol Güneşi yalançı çıxardı


İdman 22 Apr 2018 18:32:00 352 0

Fenerbahçe-nin baş məşqçisi Şenol Güneşi yalançı çıxardı

Türkiyə Kubokunun yarımfinal mərhələsində baş tutan "Fenerbahçe - Beşiktaş matçı ətrafında müzakirələr səngimək bilmir. Oyunun 54-cü dəqiqəsində başlanan hadisələr sonda qonaq komandanın baş məşqçisi Şenol Güneşin başından xəsarət alması və xəstəxanaya aparılması ilə nəticələnmişdi. Fenerbahçe tərəfi isə rəqibin ehtiyat qapıçısı Tolqa Zenginin azarkeşləri təxribata çəkdiyini iddia etməklə yanaşı, Güneşin də başının yarılmadığını və yalançı tikişlərin atıldığını iddia edib. Goal.az xəbər verir ki, "sarı lacivərdlilər"in baş məşqçisi Aykut Kocaman da həmkarı Şenol Güneşin xəsarət alması məsələsinə münasibət bildirib.

"Olayları iki hissədə təhlil etmək lazımdır. birinci hissə, stadionlardakı intizamsızlıq. Düzdür, Kadıköydə yaşananlar normal futbol azarkeşi profilindən kənara çıxma idi. Amma Galatasaray, Beşiktaş, Trabzonspor-un da stadionlarında zorakılıq olur.

Hadisə anına gələk. Şenol Güneşin yerə yıxıldığını gördüm. Dərhal ora qaçdım. Məşqçinin durumunu yanındakı bir əməkdaşdan xəbər aldım. "Heç nə yoxdur" -dedi. Azarkeşlərlə mübahisə edən Tolqa Zenginlə söhbət edirdim. Güneşin necə getdiyini görməmişəm. Amma onun başında açıq qanama, tibbi müdaxilə tələb edən vəziyyət görmədim. Görüntülərə baxın. Hoca yerə yıxılandan sonra ehtiyat skamyada oturur. Yanında bir həkim durur. Qanayan yaraya orda tikiş atmazlar mı? Şenol Güneşin başına 5 tikiş atıldı. Meydana yad əşya atılmasını pisləyirəm. Amma həmin hadisənin böyüdülməsinə də qarşıyam. Güneş və həkimi buna bir aydınlıq gətirməlidir".

Qeyd edək ki, Beşiktaş-ın baş məşqçisi yaralandığına inanmayanlara "ölsəm, inanardınız" - deyərək cavab vermişdi.