İmtahanın nəticələri açıqlandı


Digərləri 22 Apr 2018 18:36:00 293 0

İmtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Son.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 27 nəfəri imtahana gəlməyib.

İmtahan nəticələri saat 18:11-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA3 altqrupu üzrə - 10 nəfər;

BA4 altqrupu üzrə - 18 nəfər;

BB1 altqrupu üzrə - 111 nəfər;

BB2 altqrupu üzrə - 125 nəfər;

BB3 altqrupu üzrə - 202 nəfər;