Övladlığa uşaq götürərdinizmi?


Digərləri 22 Apr 2018 17:35:00 254 0

Övladlığa uşaq götürərdinizmi?

Hər il yüzlərlə uşaq müəyyən səbəblərdən ata-ana qayğısından məhrum olur. Kimsəsiz balacalar dövlət müəssisələrinə həvalə olunur. Onlarla övlad sahibi ola bilməyən ailə isə həmin uşaqları övladlığa götürür. Yaxud övlad sahibi ola bilmədikləri üçün dağılır. Bəs, paytaxt əhli övladlığa uşaq götümək barədə nə düşünür?

Son.az "ACT Azərbaycan"ın keçirdiyi sorğunun nəticələrini təqdim edir.

Sorğuda iştirak etmiş Bakı sakinlərinin yarıdan çoxu (55 %) övladlığa uşaq götürməyə müsbət baxır. Məsələyə neytral yanaşanlar da kifayət qədərdir (33 %). Demək olar ki, hər 10 nəfərdən biri isə övladlığa uşaq götürməyə qarşıdır (11 %).  Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti şəxsən övladlığa uşaq götürmək fikrinə müsbət yanaşıb (63 %). Rəy bildirənlərin təqribən dörddə biri isə "xeyr" cavabı verib (23 %).  Övladlığa uşaq götürmək tərəfdarları üçün uşağın cinsi fərq etmir (70 %). Qız uşağına himayədar olmaq istəyənlər (21 %) oğlanlara nisbətən çoxdur (6 %).  Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.