Günümüzün daha bir probemi: oğullarımızın qıza "çevrilməməsi" üçün nə etməli?


Digərləri 22 Apr 2018 17:11:00 249 0

Günümüzün daha bir probemi: oğullarımızın qıza "çevrilməməsi" üçün nə etməli?

Son zamanlar valideynləri narahat edən məqamlardan biri də uşaqlarının əks cinsin nümayəndələrinin  vərdişlərini mənimsəməsidir. Səbəb müxtəlifdir. Məsələn, oğlan uşaqlarının gün boyu qızlarla ünsiyyətdə olması (və ya əksinə, qızların oğlanlarla ünsiyyəti), televiziya və internet resurslarında qız kimi davranan kişilərin hərəkətlərinin təkrar edilməsi bu səbəblər sırasındadır. Bəs valideynlər belə problemlərlə qarşılaşmamaq üçün necə davranmalıdırlar?

Son.az-ın sualına psixoloq Könül Telmanqızı cavab verir.     

Onun sözlərinə görə, hər bir uşaq 2-3 yaşından etibarən öz cinsini tanımağa və hər şeylə maraqlanmağa başlayır. 2-3 yaşında uşaq öz cinsiyyət orqanları ilə də maraqlanır: "Müəyyən yaşda uşaqda qəribə davranışlar başlayır. Valideynlər övladlarındakı bu davranışlardan həyəcanlaraq uşaqlarına cəzalandırmağa başlayırlar. Təssuflər olsun ki, valideynler övladlarındakı bu davranışların izahını ətraflı öyrənmək üçün çaba sərf etmirlər.