Aleksis: "Hər şeyə görə Arsenə minnətdaram"


İdman 22 Apr 2018 16:11:00 273 0

Aleksis: "Hər şeyə görə Arsenə minnətdaram"

Manchester United-in hücumçusu Aleksis Sançez sabiq məşqçisi Arsen Venqerin mövsümün sonunda Arsenal-dan getməsindən danışıb. Goal.az xəbər verir ki, Sançez fransalı mütəxəsisə gələcək işlərində uğurlar arzulayıb.

"Mediada bir şey deyə bilmədim. Arsenə ismarıc atıb ona uğurlar arzuladım. O, mənə təşəkür etdi. Əfsanəvi məşqçinin bir klubda uzun müddət çalışdıqdan sonra getməsini görmək kədərlidir. Venqer futbol ustasıdır. O, mənə hörmət və peşəkarlığı öyrədib. Hər şeyə görə Arsenə minnətdaram".