Yerevanda 228 etirazçı saxlanılıb


Digərləri 22 Apr 2018 17:02:25 199 0

Yerevanda 228 etirazçı saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb.

Bakı. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu polisin mətbuat xidməti bildirib. Qeyd olunur ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da polis tərəfindən saxlanılıblar.