Harri Keyn: "Bu məğlubyyət bizə uzun zaman ağrı verəcək"


İdman 22 Apr 2018 15:50:00 310 0

Harri Keyn: "Bu məğlubyyət bizə uzun zaman ağrı verəcək"

İngiltərə Kubokunun yarımfinal mərhələsində Manchester United-lə qarşılaşan Tottenham hesabı açsa da, sonda 2 top buraxaraq uduzub. Goal.az xəbər verir ki, matçdan sonra "mahmızlar"ın hücumçusu Harri Keyn bunları deyib:

"Bütün komanda kimi mən də çox məyusam. Toparlanıb Premyer Liqada mövsümü başa vurmaq edə biləcəyimiz tək şeydir. Tottenham turnir cədvəlində ilk "dördlüy"ə mütləq düşməlidir. Manchester United-ə məğlubyyət bizə uzun zaman ağrı verəcək. Amma irəlidə çox işimiz var. Bu oyun mənə Juventus-la Çempionlar Liqasının 1/8 final mərhələsindəki oyunu xatırlatdı. Tottenham oyunda üstün tərəf olsa da, qalib gələ bilmədi".