İrəvanda Sərkisyanın istefası tələbi ilə aksiya başladı


Digərləri 22 Apr 2018 15:00:00 252 0

İrəvanda Sərkisyanın istefası tələbi ilə aksiya başladı

Bu gün İrəvanda Respublika meydanında Serj Sərkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, bundan əvvəl İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.

Polis  aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis aksiyaçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.