KİV: London Skripala FTXnin keçmiş əməkdaşının suiqəsd etməsindən şübhələnir


Dünya 22 Apr 2018 14:46:00 344 0

KİV: London Skripala FTXnin keçmiş əməkdaşının suiqəsd etməsindən şübhələnir

Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Solsberidə Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agenti tərəfindən zəhərlənməsindən şübhələnir.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Sunday People" xüsusi mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, polis sui-qəsd cəhdinin "Qordon" ləqəbli şəxs tərəfindən həyata keçirildiyini güman edir. FTX-nin 54 yaşlı keçmiş agenti "Mixail Saviçkis" və daha iki uydurma ləqəbdən istifadə edir.