Julio Sezar karyerasını başa vurdu


İdman 22 Apr 2018 14:50:00 264 0

Julio Sezar karyerasını başa vurdu

Braziliyalı qapıçı Julio Sezar karyerasını başa vurub. Goal.az xəbər verir ki, 38 yaşlı qolkiper Braziliya çempionatının 2-ci turunda Flamengo-nin heyətində son matçına çıxıb. Qapısını toxunulmaz saxlayan Sezarın komandası 2:0 hesablı qələbə qazanıb. O, yanvarda Benfica-dan gedəndən sonra Flamengo-ya keçmişdi. Julio Sezar karyerası ərzində İnter, QPR, Rangers, Toronto-nun şərəfini qoruyub. Braziliyalı qapıçı 2009/10 mövsümündə Çempionlar Liqasının qalibi olub. Braziliya millisində 87 oyun keçirən Sezar iki dəfə Konfederasiyalar, 1 dəfə Amerika Kubokunda çempionluq sevinci yaşayıb.