Eintracht Mahmudova şans vermədi


İdman 22 Apr 2018 13:50:00 306 0

Eintracht Mahmudova şans vermədi

Eintracht-ın U-19 komandası gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Goal.az xəbər verir ki, 24-cü tur çərçivəsində doğma meydanda Stuttgart-la qarşılaşıb. Görüş Eintracht-ın məğlubiyyəti ilə başa çatıb – 1:3. Eintracht-dan intizamsızlığına görə kənarlaşdırılan millimizin üzvü Renat Dadaşov artıq komandasının heyətində deyil. Amma Frankfurt təmsilçisində çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşə start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.  Keçirdiyi 23 matçdan sonra aktivində 23 xal olan Eintracht turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.