18 yaşlı hücumçu malyariyadan ölüb


İdman 22 Apr 2018 13:12:00 237 0

18 yaşlı hücumçu malyariyadan ölüb

Malavinin U-20 yığmasında çıxış edən Abel Mvakilama serebral malyariyadan dünyasını dəyişib. Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu bir neçə gün öncə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Esmoris" klubunun düşərgəsinə gəlmişdi. Gənc futbolçu təxminən 3 həftə öncə Malavidə malyariya xəstəliyinə yoluxubmuş. Portuqaliyada xəstəxanaya çatdırılan Mvakilama aprelin 20-də vəfat edib.

O, ölkəsində Chitipa United klubunun şərəfini qoruyub. Bu komandanın heyətində hücumçu 37 qol vurub.