Neftçalada yol qəzası


Digərləri 22 Apr 2018 13:30:00 209 0

Neftçalada yol qəzası

Neftçala rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri: - 1992-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Manafov və 1988-ci il təvəllüdlü Xəyal Gündüz oğlu Nuriyev xəsarət alıblar.