Barcelona azarkeşləri İspaniya kralına məhəl qoymadı


İdman 22 Apr 2018 12:50:00 287 0

Barcelona azarkeşləri İspaniya kralına məhəl qoymadı

Aprelin 21-də İspaniya Kubokunun finalı baş tutub. Sevilla - Barcelona qarşılaşması katalonların 5:0 hesablı qələbəsi ilə başa çatıb. Goal.az xəbər verir ki, "Wanda Metropolitano" stadionunda baş tutan qarşılaşmanı İspaniya kralı VI Filipp də arenadan izləyib. Maraqlıdır ki, onun stadionda olması da katalon azarkeşlərin İspaniya himnini fitə tutmasına mane olmayıb. Bu hal 2009-cu ildən bəri ölkə kubokunun finalında 8-ci dəfə yaşanıb. Arenada olan təhlükəsizlik əməkdaşları "Barca" azarkeşlərinin yerləşdiyi bəzi tribunaların şəklini də çəkiblər. Sevilla tərəfdarları isə İspaniya himnini oxuyublar.