"İniesta qərarını növbəti həftə elan edəcək"


İdman 22 Apr 2018 12:32:00 255 0

"İniesta qərarını növbəti həftə elan edəcək"

Andres İniesta "Barcelona"dan Çin klubuna keçməyə yaxındır. Təcrübəli futbolçunun İspaniya Kubokunun finalında "Sevilla" ilə matçda göz yaşlarını saxlaya bilməməsi bu ehtimalı qüvvətləndirib. Goal.az xəbər verir ki, onun atası Xose Antonio oğlunun qərarını bir neçə gündən sonra elan edəcəyini bildirib.

"Andres qərar verməlidir. Getmək istəsə, bu qərara hörmətlə yanaşmaq lazımdır. Fikrimcə, bu çətin addımı atmaq üçün münasib zamandır. Öz qərarını növbəti həftə elan edəcək. Andresin İspaniya Kubokunda ilk qolunu vurması yaxşı oldu. Oyun bitəndən sonra rahatlıq qazandım. Oğlum əla oynadı və öz tərzinə sadiq qaldı".