22 aprel – Beynəlxalq Yer Günüdür


Dünya 22 Apr 2018 12:18:00 264 0

22 aprel – Beynəlxalq Yer Günüdür

22 aprel "Beynəlxalq Yer Günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin inzibati binasında yerləşən Orxus ictimai ekoloji informasiya mərkəzində "22 aprel - Beynəlxalq Yer günü" ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Görüşdə beynəlxalq yer gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən "Beynəlxalq Yer günü" ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.