Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var


Dünya 22 Apr 2018 11:45:00 229 0

Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.