Qaradağda palçıq vulkanı püskürüb (FOTO)


Digərləri 22 Apr 2018 11:42:27 210 0

Qaradağda palçıq vulkanı püskürüb (FOTO)

Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

Bakı. Qaradağ rayonunda palçıq vulkanı püskürüb. Trend-in Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, 22 aprel 2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 08:00-də, ikinci isə saat 10:00-da radələrində qeydə alınıb. Hazırda proses davam edir. Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.