"Titanik"də ilk naharın menyusu 140 min dollara satılıb


Digərləri 22 Apr 2018 11:13:00 318 0

"Titanik"də ilk naharın menyusu 140 min dollara satılıb

"Titanik" gəmisinin göyərtəsində verilən ilk naharın menyusu ötən gün Britaniyada keçirilən hərracda 140 min dollara satılıb.

Son.az report.az-a istinadən bildirir ki, hərrac Uiltşir qraflığının Devitses şəhərciyində "Henri Oldric end san" hərrac evi tərəfindən təşkil olunub.

Satılan menyuda 2 aprel 1912-ci il tarixində texniki heyətə verilən yeməklərin siyahısı yazılıb.

Orada mal əti bulyonu və toyuq supu, qızardılmış toyuq, əsas yemək qismində quzu əti və ya ispanaqlı donuz əti, noxud, gül kələmi və qarnir kimi qaynadılmış kartof, pudinq, kral armudu və piroq, həmçinin kofe var.